Counter Strike və GTA oyunları qadağan ediləcək

4-11-2024, 12:45           
Counter Strike və GTA oyunları qadağan ediləcək
Tacikistanın Mədəniyyət Nazirliyi iddia edir ki, bu oyunlar ölkənin mədəni və əxlaqi normalarına ziddir və bu, gənclərin davranışlarına mənfi təsir göstərir.
Tacikistan Daxili İşlər Nazirliyi Counter Strike və Grand Theft Auto (GTA) video oyunlarını qadağan etməyi təklif edib. Bu barədə RİA Novosti nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Daxili İşlər Nazirliyi zorakılıq elementləri olan video oyunlara girişin məhdudlaşdırılması üçün yoxlamalar və reydlər keçirəcək, kompüter mərkəzlərinin sahiblərini "Counter Strike" və "Grand Theft Auto" kimi zorakılıq elementləri olan video oyunlara girişi məhdudlaşdırmağa çağıracaq", - məlumatda deyilir.

O da bildirilir ki, Tacikistan Daxili İşlər Nazirliyi həmçinin kompüter mərkəzlərinin sahiblərinə və valideynlərə müraciət edərək uşaqların zorakılıq səhnələri və antisosial davranışları əks etdirən oyunlara çıxışına nəzarət etmək xahişi ilə müraciət edib.
Öz növbəsində Tacikistanın Mədəniyyət Nazirliyi iddia edir ki, bu oyunlar ölkənin mədəni və əxlaqi normalarına ziddir və bu, gənclərin davranışlarına mənfi təsir göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru