Əks istiqamətlə hərəkət edib dəhşət saçdı: 3 ölü, 2 yaralı - FOTO

5-11-2024, 10:34           
Əks istiqamətlə hərəkət edib dəhşət saçdı: 3 ölü, 2 yaralı - FOTO
Türkiyənin Ankara şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası olub.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə E-90 şosesinin Balıkuyumcu məhəlləsindən keçən hissəsində baş verib.

Belə ki, Polatlı istiqamətində hərəkət edən Hakan İ.-nin idarə etdiyi avtomobil, əks istiqamətdə hərəkətdə olan Ramazan G.-nin idarə etdiyi avtomobillə toqquşub.

Zərbənin təsirindən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis, yanğınsöndürmə briqadası və 112 Fövqəladə Hallar Xidməti qrupları təhkim edilib.

Yaralılar ilk tibbi yardım göstərildikdən sonra ambulanslarla xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru