Ebrunun Rzadan tələbi: 50 milyon, Bodrumdakı villa, Mayamidəki ev

26-09-2016, 22:37           

50 milyon TL ifaçıya bəs etmir

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2009-cu ildən yaranan Ebru Gündeş - Rza Zərrab sevgisi 2010-cu ildə evliliyə çevrilmişdi. 41 yaşlı Ebru Türkiyə vətəndaşı 34 yaşlı Rza Zərrab ilə ailə həyatı qurmuşdu. İfaçı artıq 6 aydır Amerikada həbsdə olan ərindən boşanmaq qərarına gəlib.

Ebru bu haqda deyib: " 4 ildir dözürəm. amma dayanmağa gücüm qalmayıb”.

Rza da öz növbəsində "Ebru sıxıntılı günlərimdə boşanmaq istəyir. Mən də üzülərək boşanıram” deyib.

Ebru Gündeş tələb etdiklərini qızı üçün istədiklərini deyib: "Özüm üçün bir qəpik də istəmirəm. Amma qızımın gələcəyini düşünürəm”.

İddiaya görə ifaçı Rzanın 50 milyon TL-lik təklifinin az olduğunu vurğulayıb. Bodrumdakı villa və Amerika-Miamidəki evi də istəyib.

"60 il davam edəcək” deyilən evlilikdən cütlüyün bir qızı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.