Astanada külək şəhər infrastrukturuna ziyan vurub

7-11-2024, 11:44           
Astanada külək şəhər infrastrukturuna ziyan vurub
Bu gün Qazaxıstanın paytaxtı Astanada güclü külək infrastruktura ziyan vurub.

"Report" xəbər verir ki, pis hava şəraiti ilə əlaqədar paytaxt məktəblərində dərslərin müddəti azaldılıb, xilasedicilər sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Sinoptiklərin məlumatına görə, gücü saniyədə 23-28 metrə çatan cənub-qərb küləyi arabir saniyədə 30 metrə qədər güclənir.

Hadisə şahidlərinin sözlərinə görə, külək kranları və dayanacaqları aşırıb. Küçələrin birində evin fasadının bir hissəsi avtomobilin ön şüşəsinin üzərinə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru