"Trampın Yaxın Şərqlə bağlı fərqli mövqe sərgiləyəcəyinə ümid edirik" - Ərdoğan

Bu gün, 08:54           
"Trampın Yaxın Şərqlə bağlı fərqli mövqe sərgiləyəcəyinə ümid edirik" - Ərdoğan
"Çin və Rusiya Türkiyənin İsrailə silah tədarükünə embarqo qoyulması təşəbbüsünə qoşulub..."

Ərdoğan Tramp, Mask və İsrail haqqında...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın öz prezidentliyi müddətində Yaxın Şərqlə bağlı fərqli mövqe sərgiləyəcəyinə ümid etdiyini ifadə edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, eyni zamanda Ərdoğan deyib ki, Trampın bəzi bəyanatları narahatlıq doğurur.

"Biz ümid edirik ki, bu müddətdə Tramp regionla bağlı tamamilə fərqli mövqe sərgiləyəcək. Çünki zamanla onun səsləndirdiyi fikirlər bizi narahat edir", - Türkiyə prezidenti deyib.

Türkiyənin may ayında İsrail ilə ticarətin tamamilə kəsilməsi qərarı ilə bağlı suala cavabında Ərdoğan bəyan edib: "Hal-hazırda Ankaranın İsrail ilə ticarət əlaqələri yoxdur və onları inkişaf etdirmək istəyi də yoxdur".

"Türkiyə Cümhuriyyəti İsrail ilə münasibətləri inkişaf etdirməyi davam edə bilməz. Bizim belə niyyətimiz yoxdur. Biz İsrail ilə ticarətə və əlaqələrə son qoymuşuq, vəssalam", - o, bəyan edib.

Ərdoğan həmçinin məlumat verib ki, Çin və Rusiya İsrailə silah tədarükünə embarqo qoyulması ilə bağlı Türkiyənin BMT-də irəli sürdüyü təşəbbüsünə qoşulub.

Türkiyə İsrail ilə HƏMAS arasında müharibə başlanandan sonra özünün İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb, lakin rəsmən diplomatik münasibətləri kəsməyib, onun səfirliyi açıq qalır və fəaliyyət göstərir, nəşr xatırladıb.

"TRT Haber" telekanalının jurnalisti Türkiyə liderindən Trampın milyardçı İlon Maskın daha səmərəli hökumət yaradılmasını nəzərdə tutan vəzifəyə təyin edilməsini şərh etməyi xahiş edib.

Ərdoğan bəyan edib ki, imkanlar yaranarsa, Türkiyə İlon Maskla texnologiyalar sahəsində
birgə addımlar ata bilər.

"Mask kosmos və texnologiyalar sahəsində işləyən biznesmendir. Texnologiyalar təkbaşına inkişafın mümkün olduğu sahə deyil, burada mütləq əməkdaşlıq gərəkdir. Bu sahədə əməkdaşlıq üçün imkanlar yaranacağı təqdirdə Maskla birgə addımlar atmaq olar", - Ərdoğan deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.