Minlərlə müəssisəyə 80 milyard vergi cəzası

Bu gün, 07:04           
Minlərlə müəssisəyə 80 milyard vergi cəzası
Türkiyə Maliyyə Nazirliyi, vergi ödəyicilərinin 2024-cü ildə təqribən 160 milyard lirə vergi bazası bəyan etmədiyini müəyyən edib.

NTV xəbər verir ki, bu çərçivədə minlərlə müəssisənin 80 milyard lirə cərimələnməsi gözlənilir.

Xəzinə və Maliyyə Nazirliyinin Vergi Müfəttişliyi Şurası (VDK) müəyyən edib ki, ötən il bir çox sahibkarlıq subyektləri öz vergi bazalarını az bəyan ediblər.

VDK məlumatlarına görə, ötən il aparılan vergi yoxlamaları nəticəsində müxtəlif sektorlarda 78 min 187 vergi ödəyicisinin 159,8 milyard lirə vergi bazasını az bəyan etdiyi müəyyən edilib.

Bu çərçivədə təhsildən tutmuş istehsala, tikintidən mədəniyyət və incəsənətə, informasiya və rabitədən kənd təsərrüfatına qədər bir çox sektorda vergi yoxlamaları aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.