ALBAN DİLİ HAQQDA QISACA
31-03-2025, 17:04

Alban, yəni qarqar-qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədəsöylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq-xıpçax, qayıtmaq-xaytmax, qar-xar, çaqqal-çağal, qın-ğın vəs. Eyni zamanda söz önlərindəki cingiltili samitlərin karlaşması başverir: daş-taş, dil-til və s.
Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən ibarətdir və bizimki ilə tam eynidir. Onlardan dördü qalın (a, ı, o, u), beşi isə incə saitdir (e,ə, i, ö, ü).
Samit səslərin sayı bizimkindən bir səs çoxdur. Azərbaycan türkcəsində samit səslərin sayı 24-dürsə, alban (qıpçaq-qarqar) türkçəsində bu rəqəm bizdə olmayan, fəqət Şamxor-Tovuz şi-
vəsində hələ də işlənməkdə olan “nq” qarışıq səsi hesabına 25 - dir. Bu səs bir vaxt Azərbaycan türkcəsində də məhsuldar olmuş vəərəb əlifbasının “səğir nun” hərfi ilə yazılmışdır. Buna alınma sözlərdə işlənən və rus dilindəki “ц” hərfinin ifadə etdiyi səslə eynilik təşkil edən səsi də əlavə etmək olar. Bu səslə birlikdə samitlərin ümumi sayı 26 edir.
Alban dilindəki samit səslər bunlardır:
b, c, ç, ц, d, f, g, ğ, q, h, x, j, k, k˙ l, m, n, nq, p, r, s, ş, t, v, y, z.
Məlumat üçün bildirək ki, bütün türk ləhcə və şivələrinə, o cümlədən Azərbaycan türkcəsinə xas olan ahəng qanunu alban dilinə də xasdır.
Alban dilinin leksik tərkibinin əsasını təmiz türk sözləri təşkil etməkdədir. Kəlmələrin digər türk dillərinin lüğət tərkibi ilə müqayisəsi onların sırf qıpçaq mənşəli olmasına dəlalət edir. Belə
ki, albandilli mətnlərdə (AM) rastlaşdığımız əsas söz fondu qıpçaq terminlərinin yer aldığı lüğətlərdəki və digər qıpçaqdilli əsərlərdəki
terminlərlə, fonetik fərqlər nəzərə alınmazsa, tam eynidir. Gördüyümüz kimi, alban dili digər qıpçaq dillərindən əsasən özünün boğaz səsləri ilə zənginliyi ilə fərqlənir və bu da onu qıpçaq türkcəsinin xüsusi bir şivəsi kimi gözdən keçirməyə imkan verir. Görünür, bu, albanların, daha dəqiq desək, qıpçaq-qarqarların qafqazdilli xalqlarla iç-içə yaşamasından və onlarla qarışmasından qaynaqlanmışdır. Qarqarlarn qafqazdilli xalqlarla rahat və sıx bir şəkildə qohumluq əlaqələrinə girdiyini sübut edən ən gözəl fakt həmin xalqların dilində “qarqar” etnoniminin “qohum” sözünün sinonimi kimi işlənməsidir. Bu baxımdan çeçen-inquş (vaynax), saxur, rutul və avar dillərini misal çəkmək olar.
Maraqlıdır ki, eyni hal Orta Asiya qarqarlarının dilində müşahidə edilməmişdir və onların ləhcəsi digər qıpçaq şivələrindən fonetik baxımdan, demək olar ki, heç nə ilə fərqlənməmişdir. Dövrümüzədək bu dildə yetişən mətnlərdə diqqət çəkən ən maraqlı məqamlardan biri həmin mətnlərdə bir neçə qədim yunan və qədim suryani, eləcə də orta fars mənşəli alınma sözlərə rast gəlinməsidir. Bunlar əsasən dini terminlərdir. Suryani dilindən keçən sözlərə eyniylə erməni dilində də rast gəlinir. Məsələn:
arakel (həvvari), markare (peyğəmbər), axpaş (yepiskop), Errortutiun (üç üqnum), surp (müqəddəs), qoys (təmiz, bakirə), Asduacacin (Tanrı anası), Avedaran (Incil), xosdovanel (təmizlənmək, arınmaq), xosdavanitiun (tövbə) və s.
Eyni şeyi orta fars dilindən keçmiş vartabed (dini rütbə, rahib), hşerğapet (böyük mələk), friştə (mələk) və s. kimi sözlər barədə də
söyləmək olar. Alban dilində işlənən yunan mənşəli sözlərsə “katağiqos” (katalikos), “Krisdos” (İsa Məsih, yağlanmış), “Soğmos” (Solmos, Zəbur), arhiebisgobos (arxiyepiskop), paxesos və sairədir.
Alban dilində ərəb və yeni fars dilindən keçmiş sözlərə də rast gəlinməkdədir:
xuvat (qüvvə, ərəbcə), xudrət (qüdrət, ərəbcə),
muzd (muzd, yeni farsca) və s.
Albandilli əlyazmalarda rast gəlinən sözləri mənalarına görəaşağıdakı kimi qruplaşdırmaq mümkündür. Qohumluq əlaqələri bildirən söz və sozbirləşmələri:
Ana, ata, oğıl (oğul), apa (nənə), açxı (əmi) və s.
Təbiət hadisələri və əşya adı bildirən sözlər: Sovux (soyuq), yaxmur (yağmur), xar (qar), xuş (quş) və s.
Göy cisimlərinin adları:
Günəş, ay, yultuz (ulduz) və s. Bədən üzvlərini və daxili orqanları bildirən sözlər:
Xol (qol, əl), ayax (ayaq), bağır (qara ciyər).
Zaman anlayışı ilə bağlı olan sözlər:
Kün (gün), ay, yıl (il), yıxkün (bazar günü), yıxpaşkün (bazar ertəsi), şabatkün (şənbə) və s.
Heyvan, quş və bitki adlarını bildirən terminlər:
Tağaqu (toyuq), sçxan (siçan), ağaç (ağac), xaraxuş (qaraquş) və s.
Geyim və məişət əşyalarını ifadə edən sözlər:
Şalvar, başmax və s.
Etnonimlər:
Tatar, türk, xıpçax, erməni, urum və s.
Rütbə bildirən sözlər:
Xan, biy (bəy), padşah, vardapet (dini rütbə), axpaş (yepiskop), ketxoy (kəndxuda) və s.
Şəxs adları:
Krisdos, Luğas, Boğos, Sdepannos, Yovhannes, Kirakos, Mxitar, Qoş, Mikayıl, Kabriel, Davit və s.
Dini terminlər:
Tenqri (Tanrı), Adedaran (İncil), uçmax
(cənnət), tamux (cəhənnəm), oruç (oruc) və s.
Alban yazılı dilinin ən maraqlı xüsusiyyətlərindən biri də bu dilin leksik tərkibində müxtəlif dövrlərə aid plastların yaşarlılığı vəparalelliyidir. Bu baxımdan eyni anlamlı, yəni sinonim olan “otəçi”, “həkim” və “doktor” sözlərini göstərmək olar. Əgər “otəçi”
kəlməsi təmiz türk sözüdürsə və yaşı minillərlə ölçülürsə, ərəb mənşəli “həkim” sözü bu dilə VII-VIII əsirlərdən sonra, yəni ərəblər Azərbaycanda peyda olandan sonra, çox gümün ki, oğuz mənşəli Azərbaycan türkcəsi vasitəsilə daxil olmuşdur. “Doktor” kəlməsi isə XVI əsrdə mühacir albanların dilinə slavyan dillərindən keçmişdir. Albandilli mətnlərdə hər üç sözə rast gəlinir. Bu mətnlərdə həm Sasanilər dövrünə (III-VII əsrlər) aid orta fars kəlmələrinə (vardabed, hejarbed, firiştə və s.) həm də Səlcuqlular dövründə (XI əsr) yayğınlaşan yeni fars dili nümunələrinə (muzd, pirinç və s.) rast gəlinməsi də həmin dilin formalaşma arealı vədövrləri barədə aydın təsəvvür yaradır.
Bextiyar Tuncay,
Tarixçi Alim.