Özbəkistanda məsciddə partlayış olub, 3 nəfər ölüb
Dünən, 00:02
Özbəkistanın Əndican əyalətində məsciddə partlayış nəticəsində üç nəfər ölüb. İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə ölkənin FHN-ni məlumat yayıb.
Bundan başqa, hadisə nəticəsində 10 nəfər yaralanıb və onlar hamısı xəstəxanaya yerləşdiriliblər.
Partlayış yerinə Özbəkistanın baş nazirinin müavini Açilbay Ramatov və FHN rəhbəri Botir Kudratxocayev gəlib.