Türk ölkəsində bayraq skandalı: Xalq çağırış etdi, 4 qadın həbs olundu - FOTO
Dünən, 10:48
Bir neçə gün öncə üzərində ərəbcə yazılar yazılan və qılınc rəsminin olduğu Qazaxıstan bayrağı ilə foto çəkdirən 4 niqablı qadının görüntüsü ölkədə rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, bayraqda milli simvol aşağıda yer alıb və üst hissəsində ərəbcə sözlər, həmçinin bir qılınc görüntüsü həkk olunub.
Sözügedən foto ictimaiyyətdə kütləvi narazılıq doğurub və rəsmi qurumların hərəkətə keçməsi üçün çağırış edilib. Nəticədə həmin qadınlar saxlanılıblar və rəsmi dövlət simvolunu təhqir etməyə görə cinayət işi açılıb. Qadınların hər birini təxminə 2 ilə qədər həbs cəzasının gözlədiyi bildirilir.
Bundan sonra sözügedən bayrağın tək olmadığı, bənzərlərinin 5000 min təngəyə (təqribən 16 manat 90 qəpik) məşhur bazarlardan birində satıldığı ortaya çıxıb. Üzərində ərəbcə müxtəlif yazıların olduğu çox sayda bayrağın satışa çıxarıldığı məlum olub.
Məlumata görə, məsələ ilə bağlı dərhal araşdırma başladılıb və həmin bayraqların satışı qadağan edilib.