Türkiyədə müəllim şagirdin həyatını xilas edib 10-05-2025, 15:08 Türkiyənin Sivas şəhərində müəllim ibtidai sinif şagirdinin həyatını xilas edib.Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.Məktəblinin nəfəs borusunda qalan qidadan onun boğulduğunu görən müəllim Heymlix fəndi ilə onu xilas edə bilib. Facebook-da paylaş