İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Dünən, 10:24           
İranda yaşayan türklərin sayı… -
İran hökuməti heç vaxt əhalinin etnik və dil qrupu haqqında rəsmi statistika dərc etməyib. Lakin 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın o vaxtkı xarici işlər naziri Əli Əkbər Salehi bildirmişdi ki, iranlıların 40 faizi türkcə danışır.
Bu barədə Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli paylaşım edib.

“Salehi jurnalistin İran-Türkiyə ikitərəfli münasibətləri ilə bağlı sualına cavabında belə demişdi: "Biz demək olar ki, eyni dildə danışırıq. İranlıların 40 faizi türkcə danışır. Bu, (yəni türk dili) Türkiyə ilə İran arasında böyük bir bağdır" (“Amerikanın səsi” radiosu).

Xatırladım ki, cənab Salehi 1949-cu ildə Kərbəlada (İraq) anadan olub, onun atası da, anası da farsdır. Onun nəsli 200 ildən çoxdur ki, Kərbəlada yaşayır. O, fars, ərəb və ingilis dillərini mükəmməl bilir. Yəni bu sözü deyən adam etnik baxımdan farsdır, türk deyil. Bu, həm də o deməkdir ki, türklər İranda etnik azlıq yox, dominant xalqdır...” - o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.