Kazım Qarabəkir: “Osmanlını masonlar məhv etdi”

6-06-2015, 16:03           
Kazım Qarabəkir: “Osmanlını masonlar məhv etdi”
Türkiyə Cümhuriyyətinin yarandığı ildə “Ordu generalı” rütbəsinə layiq görülən Kazım Qarabəkir Paşa “Dünya müharibəsinə “Niyə girdik?”, “Necə Girdik?”, “Necə idarə etdik?” adlı kitabında Osmanlının məhv edilməsində masonik güclərin oynadığı rolu deşifrə etmiş, yalnız dünəni deyil, bu günü də anlamaq üçün bir yol xəritəsi çəkmişdi.

Axar.az bu qeydlərdən bir neçəsini təqdim edir:

Kazım Qarabəkir: “Osmanlını masonlar məhv etdi”

“Avropalıların Şərqdə müstəmləkəçi siyasətə başladıqları dövrdə masonluq onların işlərinə yaradı. İşğal etdikləri məmləkətləri əllərində tutmaq və başqalarını da işğal etmək üçün masonluq maskalarından istifadə etməyə başladılar – lojalar açdılar, hökmdarlardan başlayaraq bütün yüksək vəzifəli dövlət adamlarını mason etdilər, onlara yüksək mason rütbələri verdilər. Mason olanlara böyük etibar göstərildi və mənfəətlər vəd edildi. Onlarla elmi və insani (!) “qardaşlıq” münasibəti qurdular. Bu xüsusi dostluq münasibətlərindən sonra onlardan hər cür məlumatı asanlıqla almağa başladılar və hər işdə öz dəstəklərini əsirgəmədilər. Beləliklə, bütün Şərq məmləkətlərinin açarı avropalıların əlinə keçdi. “İttihad və Tərəqqi”çilər niyə mason oldu?

1908-ci ildə İkinci Məşrutiyyətin elanından sonra masonluğun Osmanlı torpağında yayılması yenidən vüsət aldı. Buna səbəb ortaya bəzi fikirlərin atılması idi:

1) Guya İttifaq dövlətləri mason olmayan hökumət nümayəndələrimizə, xüsusilə, xarici işlər üzrə səlahiyyətlilərimizə qarşı soyuq davranırlar, onlara əhəmiyyət vermirlər;
2) Ölkə daxilində türkün qeyri ünsürlərin əlində olan lojalarının türkləşdirilməsi məmləkətimizin mənfəəti üçün lazım imiş.

Bu təbliğatlara qapılan “İttihad və Tərəqqi” cəmiyyəti masonluğu ələ almaqla məmləkətin daxilində və xaricində hörmət, etibar qazanacağını hesab edirdi.

Masonlar kimlər idi?

“İttihad və Tərəqqi” cəmiyyətini bu cür səhv yola çəkən qüvvələr ona asan yolları göstərməkdə də gecikmədi. Əvvəlcə Ali Şura qurulmasını lazım bildi. Üzvlüyə layiq gördüyü şəxsləri birdən-birə 33-cü dərəcəyə çıxartdı. Masonluğun son pilləsinə çıxardılan “qardaşlar” bunlardır: Cəmiyyətin lideri Tələt Bəy (Paşa), katibi Mithat Şükrü (Bleda) bəy, qərargah polkovniki Faiq bəy (Qafqaz cəbhəsində şəhid oldu), məhkəmə rəislərindən Fuad Hulusi (Dəmirəlli) bəy, Musəvi vətəndaşlardan (Emanuel) Qarasu, David Kohen və Selanikdə işləyən qardaşlar!

Türk Masonluğunun taxtına yerləşən “İttihad və Tərəqqi” nümayəndələri “zabitlərin siyasətlə əlaqəsi kəsilməlidir” – düşüncəsində idilər. Onları heç cür əldən çıxarmaq istəmirdilər.

“Təhlükəyə qarşı xəbərdarlıq etdik, amma...”

“İttihad və Tərəqqi” cəmiyyətini siyasi partiya halına salmalarıyla şikəst bir yol tutan məmurlar bu dəfə tamamilə təhlükəli bir işə girmişdilər. Bu halın faciəvi aqibəti haqqında düşünən olmamışdı. Onları yanlış yollara sövq edən əllər digər tərəfdən bütün aydın təbəqəni, xüsusilə, zabitləri ortadan qaldıraraq, yəni indiyə qədər atılan tərəqqi addımlarını alt-üst edərək Osmanlı dövlətini müstəmləkə halına gətirmək və paylaşmaq planını tətbiq etmək istəyirdilər. Buna görə mən və mənim kimi bir neçə yoldaşım çox narahat idik.

Mən fikirlərimi açıq şəkildə lazım olan adamlara, xüsusilə, Tələt bəyə deyəndən sonra başqa bir şeylə məşğul olmadım. Lakin masonluq taxtına çıxarılaraq qardaşları vasitəsilə ovunanların məmləkətin başına bir fəlakət gətirəcəklərini düşünən bəzi şəxsiyyətlər müxalifətə keçdilər. “İttihad və Tərəqqi”nin sonradan parçalanmasına səbəb olacaq ayrılıqlara da masonluğun çox təsiri oldu”, – deyən Qarabəkir Paşa, əslində, dünya siyasətinin xəritəsini çəkmişdi.

Qeyd edək ki, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olan böyük türkçü mütəffəkkir, filosof və ədəbiyyat tənqidçisi, bayrağımızın rənglərinin ideoloqu, “Füyuzat” jurnalının təsisçisi Əli bəy Hüseynzadə də “İttihad və Tərəqqi” jurnalının yaradıcılarında və fəallarından olub. İndi belə bir sual yaranır: Əli bəy də mason olubmu?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.