Türkiyəli professor: "Xirosimaya atılan atom bombasının enerjisindən 11 min dəfə güclü zəlzələ idi"

Dünən, 16:27           
Türkiyəli professor:
"Rusiya Federasiyasının Kamçatka yarımadasında baş verən zəlzələnin enerjisi Xirosimaya atılan atom bombasının enerjisindən 11 min dəfə çoxdur".

Oxu.Az "Tgrthaber"ə istinadən xəbər verir ki, bu sözləri türkiyəli geologiya mühəndisi, professor Okan Tüysüz deyib.

O.Tüysüz əlavə edib ki, Kamçatka yarımadasının sahillərində baş verən 8.7 bal gücündə zəlzələ Sakit Okeanın ən həssas ocağında meydana gəlib.

"Bu zonada dünyanın ən böyük zəlzələləri və sunamiləri meydana gəlir", - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Federasiyasının Kamçatka yarımadasında son onilliyin ən güclü zəlzələlərindən biri qeydə alınıb. Təbii fəlakət yalnız regionda deyil, Yaponiyada, Alyaskada və Havay adalarında da sunami təhlükəsinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru