Yarıçılpaq vəziyyətdə yola çıxan sərxoş şəxs qəza təhlükəsi yaratdı

Dünən, 16:46           
Yarıçılpaq vəziyyətdə yola çıxan sərxoş şəxs qəza təhlükəsi yaratdı
Türkiyənin Aksaray şəhərində gecə saatlarında sərxoş vəziyyətdə yola çıxan və yarıçılpaq halda avtomobillərin qarşısına atılan naməlum şəxs həm öz həyatını, həm də digər sürücülərin həyatını təhlükəyə atıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Aksaray–Nevşehir avtomobil yolunda baş verib. Məlumata görə, həddindən artıq spirtli içki qəbul etdikdən sonra evdən çıxan şəxs üst geyimlərini çıxarıb və yolun ortasında yeriməyə başlayıb. O, Ankara qovşağı istiqamətində hərəkət edən avtomobillərə əl-qol hərəkətləri edib və bir neçə dəfə özünü maşınların qarşısına atmağa cəhd göstərib.

Sürücülər bu gözlənilməz vəziyyətdən təəccüblənsələr də, bəzi nəqliyyat vasitələri son anda dayana bilib. Sərxoş şəxsin bu hərəkəti ciddi qəza təhlükəsinə səbəb olub.

Hadisədən bir müddət sonra əraziyə gələn iki nəfər həmin şəxsin qohumu olduqlarını bildirərək onu hadisə yerindən uzaqlaşdırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru