İraq Kürdüstanından PKK-ya sərt mesaj – “Sincardan çıxmasanız vuracayıq, gücümüz çatmasa türk ordusu sizi məhv edəcək”

28-12-2016, 00:27           
İraq Kürdüstanından PKK-ya sərt mesaj – “Sincardan çıxmasanız vuracayıq, gücümüz çatmasa türk ordusu sizi məhv edəcək”
İraq Kürdüstanının baş naziri Neçervan Bərzani PKK terror təşkilatını vurmaqla hədələyib.
Avropa.info xəbər verir ki, Bərzani PKK-nı Sincar vilayətindən çıxmağa çağırıb. O, terror təşkilatını Sincardan çıxmayacağı təqdirdə vurmaqla hədələyib.
İraq Kürdüstanının başqa bir rəsmisi Veysi Kaynak isə PKK-nın Sincardan çıxmayacağı təqdirdə, Türkiyəni köməyə çağıracaqlarını deyib.
“Bərzani hökuməti PKK-nı Sincardan çıxarda bilməsə, Türkiyə Silahlı Qüvvələri nə lazımdırsa onu da edəcək.”
Terror təşkilatı PKK isə yaydığı açıqlamada Sincardan çıxmayacağını açıqlayıb. Bərzaninin dediklərini “provokasiya” adlandıran terrorçular “kürd” amilindən yararlanmağa çalışıblar.
“Kimsənin biz zorla Sincardan çıxara bilməz. Kürdlər arasında qardaş davası salmaq istəyənləri nə tarix, nə də xalqımız bağışlamayacaq” deyə terrorçuların bəyanatında qeyd olunub.
Xatırladaq ki, dünən məsələylə bağlı açıqlama verən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da türk ordusunun Sincarda PKK-ya qarşı əməliyyat keçirə biləcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru