ABŞ Dövlət Departamentindən Ərdoğana sərt cavab:"Cəfəngiyatdır"

28-12-2016, 10:30           

Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.

Dövlət Departamentinin nümayəndəsi Mark Toner qeyd edib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur.

“Bu ittiham cəfəngiyyatdır”, – deyə o bildirib.

Bundan əvvəl Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib.

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, – deyə Ərdoğan qeyd edib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru