Türkiyəlilərin hər il izlədiyi möcüzəli Atatürk silueti - Foto

25-06-2015, 15:34           
Türkiyəlilərin hər il izlədiyi möcüzəli Atatürk silueti - Foto
Təbiətin hər il dağ yamacında yaratdığı Atatürk silueti bu il 5 gün gecikib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii möcüzə adlandırılan siluet hər il 15 iyun-15 iyul tarixlərində bir ay müddətində Ardahandakı Qaradağın yamaclarında meydana gəlir. Bu il havanın tutqun olması səbəbi ilə görüntü 5 gün gecikib. Dağın ətəyində heyvanları otlağa çıxaran İsmayıl Atam hər gün bu mənzərəni heyranlıqla izlədiyini deyib: “Buludsuz havada onlarla insan bu silueti izləmək üçün bura gəlir. Hər kəs bu möcüzəni görməlidir”.

Qeyd edək ki, ilk dəfə yamacda bu silueti 1954-cü ildə çoban Adıgözəl Qırmızıgül görüb. 1995-ci ildən bu yana hər il iyul ayında Damal şəhərində “Atatürkün izində və kölgəsində” şənlikləri təşkil olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.