Sosial şəbəkəni çalxalayan xəbər: AZAL yayılan məlumatlara aydınlıq gətirdi - VİDEO

25-05-2025, 11:34           
Sosial şəbəkəni çalxalayan xəbər:
Sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarələrdə pəncərə kənarındakı yerin bilet qiymətinin digər oturacaqlara nisbətən daha baha olduğuna dair görüntülər yayılıb.

Hurriyyet.Az xəbər verir ki, sözügedən məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı AZAL-dan bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır:

"Bu, yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə bir xidmətdir. Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur. Həmçinin eyni bron daxilində olan ailə üzvləri, yaxud sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur. Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın tərkib hissəsidir".

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru