Elgiz Əkbər vəsiyyətini açıqladı

25-05-2025, 08:18           
Elgiz Əkbər vəsiyyətini açıqladı
Aparıcı Elgiz Əkbər yas mərasimlərini tənqid edib.
Bu barədə o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində danışıb.
"Yas sahibinin onsuz da əzizi gedib. Siz oraya aş, boşbaş yeməyə getməmisiniz. Gedirik ki, yazığın yanında olaq, təsəlli verək ki, həmin mərhələni aşa bilsin. Onda elə çıxır ki, biz gedirik yas sahibinin yarasına duz tökməyə. Ölüsü bir tərəfdə sən də ağı deyib yarasına duz tökürsən. Bu biri tərəfdən də camaat qarnını doydurur. Bu, nə adətdir? Bunu tövsiyə kimi deyirəm. Kənardan pis görünür. Yas sahibinin yanında əyləşib onun başını qatmalıyıq. Yoxsa ki, kənardan elə görünür iki, bizim işimiz gedib orada qarnımızı doydurmaqdır. Aş az olanda da söz edək ki, bizə yemək vernədilər. Guya kimsə yas sahibi daha çox ağlatsa, onu daha çox istəyir".
Elgiz öz yas mərasimində yaxşı mahnılar çalınmasını vəsiyyət etdiyini bildirib:
"Mən öləndə demişəm, gözəl mahnılar qoyulsun. Melodiya olsun". \\Axsam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru