Tramp və Putin münasibəti. Dostluqmu, ya dartışmamı?
Bu gün, 09:39

Bir neçə fikirlə və sadə izahla Rusiya-Ukrayna konflikti ətrafında. Konflikt yeni dövrünə keçid edib. Konflikt həllindən bütün qüvvələr, Avropa, Zelenski hələlik kənar durur. İki-Tramp və Putin erkək girib meydana və məsələnin həllini şəxsi üzərlərinə götürüblər: ya həll, ya buynuzlaşma!
Bəs, işlər necə gedir? Tramp həm biznesmen - ticarətçi, həm Amerikan xarakterinə uyğun çox işgüzar və konkret formada Putinə öz, səmimi və hərtərəfli mənfəətli təkliflərini irəli sürüb, bu indiki situasiyaya uyğun. Və həm, Putinə qarşı çox xoş, təriflə və yaxşıca eyhamlar, dostluqla.
Putin də, eyni ilə Trampa qarşı çox xoş görüntü ilə, gözəl eyhamlar dostluğu ilə yanaşaraq, sülh onu qane etmədiyi və ədalətli sülhdə uduzmağı anladığı üçün, çox ehtiramla, məsələni ehmallı çək-çevirə salıb uzatma, fikirləşmək yolu tutub. Deyir, sülh danışığı getsin və atəşkəs olmasın!
Tramp da, konkret hə-yox tipli bir işgüzar insan kimi qalıb məəttəl, necə yəni ki sən bu tərəfdən oturub əməkdaşlıqla sülh danışıqları aparasan, o tərəfdənsə bir-birinin başına bomba tökəsən! Sonra oturub fikirləşib, məsləhət edib, görür ki, Putin qeyri-konkret sözü, sürüşkən oyunundan əl çəkmir. Nə etsin, pozsun bu oyunu, davammı etsin? Və düşünür ki, davam edək görək nə edir. Və yaxşı bilir ki, Putin danışıqlarla baş qatıb, bu yay mövsümü Ukraynada xeyli irəliləmək istəyir.
Və beləcə də, iki erkək qoç prosesə davam edir. Putin bu tərəfdən yaxşı salam verib danışıqlar aparır, o tərəfdən yaxşı sağol edib, Ukraynanın paytaxtı və şəhərlərini bombalayır. Və gizlincə silah, texnika və canlı heyət tədarükü də görür. Tramp da deyir yaxşı, mən də Putin kimi edim, görüm nə olur? Bu tərəfdən, yaxşı salam verib, danışıqlar aparır, o tərəfdən də sağol edib gizli yollarla Ukraynanı silah, texnika ilə təmin edib, Moskva, digər şəhərləri, obyektləri bombaladır.
Və beləcə də, Tramp və Putin arasında, tarixdə görünməmiş, sağ əl ilə salam, sol əl ilə yumruq münasibəti gedir. Sonrası nə olacaq, əndrabadi münasibətin? Nə olasıdır, bu sayaq dartışmada Putinin gücümü çatar Trampa, onun hərbi həm texniki imkanına? Görəcək, Ukrayna indiyədək görünməmiş dərəcədə çox güclənir, Rusiyanın hərbisini geriyə otuzdurur və az qala Rusiyanın əraziinə keçsin müharibə. Deyəcək ki, nə yaxşı ki, danışıqlar gedir, tez Trampla təkbətək iki əlli görüşüb, konkret sülhə doğru addımlar atacaq. Amma, bu dəfə çox zəif mövqe və zəif "kartla"!
Putinin indiyədək gücü onda idi ki, ABŞ kimi ən nahənglə (Baydenlə) oyuna girmirdi və məsafə saxlayırdı. Və uzaqdan özünü əlçatmaz Xoxan kimi göstərib, Qərbi nüvə silahı ilə qorxudurdu. Tramp isə, özünü ticarətçi, dəlisoy, anti-Avropa, nə bilim nə kimi göstərib, Putini tərifləyib onun Xoxançı saqqızını oğurladı. Onunla diplomatik, dəfələrlə öz nümayəndəsi və şəxsən telefonla kontakta girdi, aranı açdı və psixoloji baryeri də dağıtdı. İndi, xoxan-xofsuz Putinə çətin olacaq. İnanın ki, Rusiya, Putin münaqişəni uduzacaq! Allahın da, postsovet məkanına yazığı gələcək.
Ilqar Altay
TEREF