Bakıda 19 yaşlı qız binadan yıxıldı

25-05-2025, 09:28           
Bakıda 19 yaşlı qız binadan yıxıldı
Bakının Yasamal rayonunda 19 yaşlı qız hündürlündən yıxılaraq yaralanıb.
Lent.az xəbər verir ki, bu haqda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat verib.

Bildirilib ki, Yasamal rayonu ərazisindən mayın 24-ü saat 18:50-də 19 yaşlı şəxsin hündürlükdən yıxılması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub.

Pasiyent “müştərək travmalar, bel-omba nahiyəsinin travması” diaqnozu ilə tibb müəssisəsinə təxliyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru