Dünya 20 illik münaqişə ilə üz-üzə - Günah kimlərdədir?

Bu gün, 10:54           
Dünya 20 illik münaqişə ilə üz-üzə -
"Növbəti 10 və ya 20 il dünyada davamlı silahlı münaqişələr şəraitində keçə bilər".

Publika.az "The Times"a istinadla xəbər verir ki, bu fikri Britaniya Nazirlər Kabinetinin keçmiş katibi Saymon Keys deyib.

Onun sözlərinə görə, bu cür risklər diktatorların və avtokratların yüksəlişi nəticəsində yaranıb.

"Övladlarımın həyatına baxanda başa düşürəm ki, qarşıdakı 10-20 ili bu dövlətlərarası münaqişə müəyyən edəcək. Biz Qərb alyansı ölkələri olaraq tələsməli və hazırlaşmalıyıq", - o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.