Ukrayna "öz" "Shahed"lərinin istehsalına başlayıb

25-05-2025, 08:35           
Ukrayna "öz" "Shahed"lərinin istehsalına başlayıb
Ukrayna "DeepStrikeTech" şirkəti tərəfindən hazırlanan və İran istehsalı olan "Shahed" dronlarına vizual olaraq bənzəyən yeni "Batyar" adlı pilotsuz təyyarələrin istehsalına başlayıb.

"Batyar"ın uçuş məsafəsi 800 kilometrə qədərdir və 18 kiloqramlıq döyüş başlığı daşıyır.

Məlumata görə, bu, Ukrayna ordusunda istifadədə olan ilk "Shahed" üslubunda dron deyil. "UAS SETH" adlı daha kiçik və optik sistemlə təchiz olunmuş dron artıq cəbhəboyu hədəflərə qarşı zərbələr üçün istifadə olunur.

Bununla belə, hər iki dron yalnız vizual baxımdan "Shahed-136"ya bənzəyir və onun məsafə və yükdaşıma imkanlarına malik deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru