La Liqa: Mbappenin dublu "Real Madrid"ə qələbə gətirdi

25-05-2025, 09:24           
La Liqa: Mbappenin dublu "Real Madrid"ə qələbə gətirdi
İspaniya La Liqasında son turun oyunları keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, mövsümün 38-ci oyun həftəsində "Real Madrid" "Real Sosyedad"ı qəbul edib.

Matçın taleyini meydan sahiblərinin 2 cavabsız qolu həll edib. Mbappe 38-ci dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. 83-cü dəqiqədə isə o dublunu rəsmiləşdirib - 2:0.

Beləliklə də, kral klubu cari çempionatı 84 xalla 2-ci pillədə tamamlayıb. Onun rəqibi isə 46 xalla 11-ci olub.

Xatırladaq ki, La Liqanın builki qalibi adını "Barselona" qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru