Türkiyədən Səudiyyə-Qətər böhranına: Təəssüf!

5-06-2017, 21:33           
Türkiyədən Səudiyyə-Qətər böhranına: Təəssüf!
Rəsmi Ankara Səudiyyə Ərəbistanı Krallığı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreynin Qətər dövləti ilə diplomatik əlaqələri kəsmək barədə qərarından təəssüfləndiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bölgədəki müxtəlif ölkələrdə davam edən böhranlar səbəbindən regionda dərin bir qeyri-sabitlik mövcuddur. Belə bir dövrdə regional həmrəyliyə həmişəkindən daha çox ehtiyac var. Nazirliyin rəsmi saytında yerləşdirilən açıqlamada Türkiyənin strateji əməkdaşlıq qurduğu və regional sülh, təhlükəsizlik və sabitlik baxımından mühüm rola malik olan Körfəz Əməkdaşlıq Şurası üzvlərinin öz aralarındakı fikir ayrılıqlarını danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etmələri arzulanır.

“Terrorizmlə mübarizə başda olmaqla bölgədəki təhdid və hədələrə qarşı ancaq birlik və həmrəylik yolu ilə mübarizə aparmağın tələb olunduğunu unutmaq olmaz. Türkiyə bölgənin məsuliyyət daşıyan bir aktoru və İslam Əməkdaşlıq Təşkilatının Zirvəsinin sədri olaraq dost və qardaş ölkələr arasında baş verən bu böhranın ən qısa müddətdə həll olunması üçün üzərinə düşənləri yerinə yetirməyə hazırdır”, - deyə açıqlamada vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru