07.07.2017-də evlənəcəkdilər, indi biri məzardadır, biri həbsdə - qız toya 4 gün qalmış nişanlısını öldürdü

5-07-2017, 11:11           
07.07.2017-də evlənəcəkdilər, indi biri məzardadır, biri həbsdə - qız toya 4 gün qalmış nişanlısını öldürdü
Türkiyənin İstanbul şəhərində dörd gün sonra evlənəcək olan 23 yaşlı gənc qız yaşadıqları mübahisədə nişanlısını bıçaqla öldürüb.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə dünən baş verib. Bir-birini sevən Ayberk K. ilə nişanlısı A.Y. bir neçə gün əvvəl sosial şəbəkədə yaxınlarına ünvanlanmış belə mesaj yazıblarmış: "Bir-birimizə rastlamadan əvvəlki həyatımız, doğrudan da bir-birimizi axtarmaqdan başqa bir şey deyilmiş".

Gənc qız nikah üçün təyin etdikləri gün (07.07.2017) tarixinin üzərində yazılı olduğu kağızı da sosial mediadakı hesabında paylaşıb. Dörd gün sonra evlənəcək gənclər, iddiaya görə, telefonun qapalı olması üzündən mübahisə ediblər. Mübahisə böyüyüncə, Ayberk K, nişanlısını vurub. Aldığı zərbələrin ağrısıyla dəliyə dönən və "Mənə necə vurursan" deyə qışqıran A.Y., mətbəxdən götürdüyü bıçaqla nişanlısını ürəyindən bıçaqlayıb. Ayberk K. hadisə yerində həyatını itirib. A.Y. həbs edilib. Gənc qız polisə verdiyi ifadədə nişanlısıyla telefon üzündən dalaşdığını, özünü onun zərbələrindən qorumaq üçün mətbəxə qaçdığını, sonrasını isə xatırlamadığını söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.