Türkiyənin Giresun bölgəsində bir nəfər arı sancmasından dünyasını dəyişib. Publika.az xəbər verir ki, kənd sakini özünə məxsus fındıq bağında işləyərkən arıların hücumuna məruz qalıb. Cır arılar kəndlini bir neçə yerdən sancıb. Yaxınları onu bağda ölü tapıblar. Ehtiamllara görə, o, arıların hücumu nəticəsində köməksiz qalaraq dünyasını dəyişib.