Qaşqaylar Azərbaycan Bayrağını öz bayraqları kimi qəbul etdilər - FOTO

20-07-2015, 11:50           
Qaşqaylar Azərbaycan Bayrağını öz bayraqları kimi qəbul etdilər - FOTO
Daha çox İranın Farsistan əyalətində yaşayan Qaşqay türkləri son elat məclisində bir sıra mühüm qərarlar qəbul ediblər.
Hafta.az-ın Habertürkə istinadən verdiyi xəbərə görə, Qaşqaylar sonuncu elat məclisində uzun illərdir çovkan yarışlarında istifadə etdikləri bayrağı elat bayrağı olaraq seçiblər. Yığıncağaqda qəbul edilən bayraq üçrəngli Azərbaycan bayrağının şaquli formasındadır. Soldan sağa mavi, qırmızı və yaşıl rəngli zolaqların ortasında aypara və səkkizguşəli ulduz həkk edilib. Səsvermədə tayfa başçıları bayrağın qəbulu üçün yekdilliklə səs veriblər.Yığıncaqda çıxış edən Qaşqayların elat ağsaqqalı (ilxan-T.T) bu bayrağın qəbul olunmasını köçəri elat tayfasının həyatında tarixi bir an kimi dəyərləndirib.

Qeyd edək ki, qaşqay türkləri İranda yaşayan sayları çox olan ən böyük tayfalardandır. Onlar Azərbaycan dilində danışırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.