Əkin sahəsində ÖLÜ TAPILDI 3-06-2025, 10:34 Tovuz sakininin əkin sahəsində meyidi tapılıb.Ajans.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.Məlumata görə, orta yaşlı kişi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə gətirilib.Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb. Facebook-da paylaş