Zelenskidən əhaliyə xəbərdarlıq: "Ukrayna qaz çatışmazlığı ilə üzləşə bilər"

3-06-2025, 10:12           
Zelenskidən əhaliyə xəbərdarlıq: "Ukrayna qaz çatışmazlığı ilə üzləşə bilər"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın qaz infrastrukturuna miqyaslı hücumları səbəbindən ölkənin qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Oxu.Az-ın epravda.com.ua-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna tələb olunan qaz həcminin bir hissəsini artıq tapıb, lakin ehtiyacları tam ödəmək üçün hələ resursun təxminən yarısı çatışmır.

Prezident qeyd edib ki, söhbət təxminən bir milyard avro dəyərində qazın alınmasından gedir. Zelenski əlavə edib ki, Norveçin baş naziri ilə bu məsələni müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru