Türkiyədən acı xəbər: 2 şəhid, 4 yaralı

26-07-2015, 13:06           

Türkiyənin Diyarbakır vilayətində hərbi maşın partladılıb, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

İnsident Diyarbakır-Bingöl yolunda, Lise rayonu ərazisində qeydə alınıb.

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.

Yaralanan əsgərlər Lice Xəstəxanasına, sonra isə Diyarbakır şəhərində yerləşən Dəclə Universiteti Tibb Xəstəxanasına çatdırılıblar.

Bölgədə vəziyyətin gərgin olduğu bildirilir. Hadisə ilə əlaqədar Türkiyə ordusu hərbi təyyarələrin iştirakı ilə əməliyyata başlayıb. APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.