Ankara Qahirənin uzatdığı əli sıxacaq

29-07-2015, 22:23           
Ankara Qahirənin uzatdığı əli sıxacaq
Mursinin devrilməsindən sonra Sisi iqtidarı ilə Ankara arasında sular durulmaqdadır.

Axar.az xəbər verir ki, artıq Türkiyə Misirin ən əhəmiyyətli investisiyalarından biri sayılan Süveyş kanalı layihəsinin 6 avqustda reallaşacaq açılışı üçün Qahirədən gələn dəvətə müsbət cavab verməyə hazırlaşır.

Misir Xarici İşlər naziri Samih Şükrü layihənin beynəlxalq ticarətlə əlaqədar olduğunu nəzərə alaraq, kanalın açılışına rejimlə arasında soyuq küləklərin əsdiyi Türkiyə və Qətər də daxil olmaqla, dünya ölkələrini dəvət etdiklərini bildirib.

Ankara əlaqələrdəki dərin böhrana baxmayaraq, bu addımı normallaşma yolunda atılan addım kimi qiymətləndirir.

“Zaman” qəzetinə danışan Xarici İşlər Nazirliyindəki qaynaq mərasimdə ən pis ehtimalla Qahirədəki səfirliyin məsləhətçisi səviyyəsində iştirak barədə düşündüklərini deyiblər. AKP türk diplomatın iştirakını siyasi yox, dövlət təmsilçisi olaraq göstərəcək.

Dəvətin AKP-nin təkbaşına iqtidarı itirdiyi 7 iyun seçkilərindən sonra gəlməsi isə diqqət çəkən məqamdır. Sisi hökuməti seçkilərdə koalisiyaya məhkum olan AKP-nin xarici siyasətdə yeni addımlar atacağını səbirsizliklə gözləyir.

Xatırladaq ki, Misirdə hərbi müdaxilənin memarı olan Əbdülfəttah Sisinin prezidentliyini tanımayan Ankara ötən ilin sentyabrında geri addım atmışdı. İki ölkənin xarici işlər nazirləri BMT sessiyası zamanı görüşəcəklərini açıqlasa da, Ərdoğan son dəqiqədə Misir-Ankara görüşünü ləğv etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.