Türkiyə terorun kökünü qazımağa davam edir: 261 ölü

30-07-2015, 11:12           
Türkiyə terorun kökünü qazımağa davam edir: 261 ölü
Türkiyə hökumətinin təlimatı ilə “Türk Sialhlı Qüvvələri”nin (TSK) son bir həftədə PKK terror təşkilatına qarşı başlatdığı hərbi əməliyyatlarda çox sayda terrorçu məhv edilib.

Ans-in məlumatına görə, “ahaber” hərbi mənbələrə istinadən 261 terrorçunun öldürüldüyünü, 300-dən çox qruplaşma üzvünün isə yaralandığını bildirib.

“Terror təşkilatına qarşı başladılan hərbi əməliyyatlarda 261 terrorçu məhv edilib. Onlardan 188 nəfəri Kandildə öldürülüb. 28 nəfəri Uluderedə olmaqla 73 terrorçu da ölkə daxilində öldürülüb. 300 terrorçu yaralanıb. 150 hədəf artilleriya atəşi ilə vurulub. Kandilin ¼ məhv edilib. Tanker təyyarələr ilk dəfə havaya qalxaraq “F-16” qırıcılarını havada yanacaqla təmin edib. Ümumilikdə 70 hərbi təyyarə havaya qalxıb. Basdırılmış cəbbəxana çadırı məhv edilib. “F-16” və “F-4” qırıcıları terror hədəflərinə bomba yağdırıb. 25 “DŞK” pulemyotu məhv edilib. Yaralananlar arasında HDP-nin həmsədri Səlahəddin Demirtaşın qardaşı Nürəddin Demirtaşın olduğu da bildirilir.” – deyə hərbi mənbənin bəyanatında bildirilib.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.

Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi. Xəbərdarlıqdan sonra Türkiyə Hərbi Hava Donanması iyulun 25-də PKK silahlılarına havadan zərbələr endirmişdi.

Həmin gün səhərə yaxın isə Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərək qaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.