“PKK-nın ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq” - Əhməd Davudoğlu

30-07-2015, 22:15           
“PKK-nın ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq” - Əhməd Davudoğlu
“PKK-nın soyuq müharibə vaxtı kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq”.

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Baş nazirin sözlərinə görə, Türkiyə bir daha 90-cı illərə qayıtmayacaq.

Ə. Davudoğlu Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa da ismarıclar göndərib: “Siyasətlə məşğul olanlar öz mövqelərini müəyyənləşdirmək məcburiyyətindədir. Bu hücumlar hamımıza qarşı edilib. Ancaq siz arxanızı o hücumları təşkil edənlərə söykəyəcəksinizsə, biz də söykəndiyiniz divarları, dağları yerlə-yeksan edəcəyik. Artıq HDP seçimini etməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.