“Mən təcrid olunuram, amma onun nüfuzu artır” - Öcalan
30-07-2015, 22:24
Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaş beynəlxalq layihədir.
Axar.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə PKK lideri Abdullah Öcalan deyib. Qəzet Öcalanın dövlət rəsmiləri ilə son görüşü zamanı Səlahəddin Dəmirdaşla bağlı dediklərini ictimailəşdirib:
“Mən bu torpaqların yetirməsiyəm, lakin Dəmirdaş beynəlxalq layihədir! Mən getdikcə təcrid olunuram, amma onun nüfuzu göz görə-görə artırılır”.
HDP-nin “Sabah” qəzetinin xəbərinə reaksiyası isə gecikməyib. Partiyanın Ankara millət vəkili Sırrı Sürəyya Öndər Öcalanın qəti şəkildə belə söz deməyəcəyini bildirib.
Qeyd edək ki, son günlərdə HDP ilə Öcalan arasında gərginlik yaşanır.