Türkiyə İraqı hədələdi - " Torpaqlarına nəzarəyt edə bilməyən hökumətin..."

1-08-2015, 00:41           
Türkiyə İraqı hədələdi - " Torpaqlarına nəzarəyt edə bilməyən hökumətin..."
Türkiyə İraq hökumətinə sərt cavab verib.

Avropa.info xəbər verir ki, Türkiyənin Şimali İraqda PKK-nı vurmasına İraqın etiraz etməsi rəsmi Ankaranın qəzəbinə səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir:

"İraq hökuməti hər nə qədər İraq torpaqlarından Türkiyəyə qarşı hər hansı təcavüzə yol verməmə öhdəliyini vurğulasa da, PKK-nın İraq torpaqlarında gizləndiyi məlumdur. Bu öhdəliyi yerinə yetirməyən, torpaqlarının üçdə biri bir qruplaşmanın nəzarətində olan və sərhədlərini nəzarət altında saxlamaq imkanı olmayan, ölkəmizin, vətəndaşları və təhlükəsizlik qüvvələrinə qarşı silahlı aksiyalar həyata keçirən PKK terror təşkilatıyla mübarizəsinə qarşı mövqe nümayiş etdirməyən hökumətin belə danışması haqsızdır."

Qeyd edək ki, İraq baş naziri Heydər İbadi Türkiyəni onun ölkəsinin ərazisində PKK-nı vurmaqda ittiham etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.