Demirtaş PKK-çıların meyitlərinə görə Davudoğluya yalvardı
2-08-2015, 00:57
Bir neçə gündür Türkiyəni təhdid edən çıxışları ilə yadda qalan PKK-nın siyasi qolu olan HDP-nin sədri Səlahəddin Demirtaş gözlənilmədən Türkiyənin baş naziri Əhməd Davudoğluya yalvarıb.
Avropa.info xəbər verir ki, Demirtaş Türkiyə bombardımanları nəticəsində ölən PKK-çıların meyitlərinin sərhəddən buraxılmasını Davudoğludan xahiş edir.
"Cənab baş nazirdən xahiş edirəm, 6 gündür sizin əmrinizlə cənazələr Habur Sərhəd Qapısından içəriyə buraxılmır . 50 dərəcə istidə meyitlər saxlanılır . Ölünün üstündən hökm qalxır. Ölünün təqsiri, günahı artıq Allaha əmanətdir. Sizdən xahiş edirəm səsinizi yüksəldin, amma haqdan ayrılmayın. O zaman məhz sizin səsiniz yüksək çıxacaq. O zaman sülh daha asan olacaq."