«İran və Türkiyənin reaksiyasını lazımınca qiymətləndirə bilmədik» - Kürdüstan bəyan edib

31-10-2017, 09:40           
«İran və Türkiyənin reaksiyasını lazımınca qiymətləndirə bilmədik» - Kürdüstan bəyan edib
Kürdüstanda bəyan ediblər ki, referenduma yönəlik İranın və Türkiyənin reaksiyasını lazımınca qiymətləndirə bilməyiblər. Kərkükdə İraq ordusu ilə kürd silahlı birləşmələri (peşmərgə) arasında baş verən toqquşma da bunun nəticəsidir.

Bu barədə Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasının (KVİP) pəsmi nümayəndəsi Səədi Pira bəyan edib.
Bundan əvvəl, sentyabrın 25-də Şimali İraq kürd muxtar bölgəsində keçirilən birtərəfli muxtariyyət referendumundan sonra, Kərkük Bağdadla kürd muxtariyyətinin qarşıdurma səhnəsinə çevrilib.

Referendumdan sonra, Bağdad yenə də əyalətdə öz orlusunu yerləşdirmək barədə qərar qəbul edib. Kərkük əyaləti konstitusiyaya görə, Kürd muxtariyyətinin ərazisinə daxil olmasa da, bir neçə ildir ki, kürdlərin nəzarəti altında idi.

İraqın Baş naziri Haydar əl-Əbadi oktyabrın 27-də ölkənin şimalında hərbi əməliyyatların dayandırıldığını elan edib, sonra isə atəşkəs rejiminin vaxtı uzadılıb.

«Kərkükdə baş verənlər referendumdan sonra dəqiq olmayan qiymətləndirmənin nəticəsidir: Biz regional dövlətlərin, xüsusilə də İran və Türkiyənin reaksiyasını lazımınca qiymətlndirə bilmədik. Mübahisəli ərazilərə və peşmərgəyə yönəlik münasibətdə onlar İraqı dəstəklədilər. Bu, qorxudur – xüsusilə də gələcəkdə…» – deyə, Bağdadla danışıqlar üzrə komitənin üzvü Pira bəyan edib.

Onun sözlərinə görə, insanların həyatını qorumaq və Rakka, Hələb, Mosul hadisələrinin təkrarlanmaması üçün peşmərgə Kərkükü tərk edib.

«Hesab edirəm ki, İraq ordusu ilə xalq üsyançılarını (peşmərgəni)» silahlanma baxımından, müqayisə etmək düzgün olmaz» – deyə, o, qeyd edib.
AzPolitika.inf












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.