Azərbaycanlı gənc Çin Türklərinə dəstək üçün petisiyaya dəstək istədi
9-01-2018, 00:19
Gənc doktorantımız Oğuz Məmmədli bugün öz şəxsi facebook səhifəsində Çin işğalında olan Şərqi Türküstanlılar üçün dəstək istəyib. Bununla əlaqədar olaraq Oğuz Məmmədli bucür yazıb: “Dəyərli dostlar, Çin Xalq Respublikası sərhədləri içində olan Şərqi Türküstan və Çinin digər vilayətlərində yaşayan Türklərə qarşı Çin dövlətinin diskriminasiya, islamofobiya, türkofobik davranışlarının olduğunu bilirsiniz. Çin sərhədləri xaricinə səfərə çıxdıqları zaman çıxan vətəndaşın məcburi şəkildə geri qaytarılması üçün çeşidli qeyri-insani və beynəlxalq hüquqlara zidd olan vasitələrdən istifadə edilir. Bunun aradan qaldırılması məqsədiylə soydaşlarımız petisiya yaratmışlar. Sizlərdən ricam hər birinizin bu petisiyaya imza ataraq Şərqi Türküstanda yaşayan soydaşlarımız ilə həmrəylik nümayiş etdirməyinizdir.”