Putindən Ərdoğana təcili zəng: Sizinlə əlaqəli deyil...

12-01-2018, 00:52           
Putindən Ərdoğana təcili zəng: Sizinlə əlaqəli deyil...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, danışıq zamanı Putin Suriyadakı PUA ilə hücum cəhdlərinin Türkiyə ilə əlaqəsinin olmadığını və olayın kimlər tərəfindən törədildiyini bildiyini söyləyib.

O bildirib ki, bu kimi təxribatlar partnyorlar arasında əlaqələri pozmağa yönəlikdir.

Kreml rəhbəri eyni zamanda əlavə edib ki, Tartus və Hmeymim bazalarına hücum cəhdi böyük dəqiqliklə hesablanmışdı:

"Provokasiyanın hansı ölkə tərəfindən təşkil edildiyindən məlumatımız var. Onların bu təxribatlar üçün kimlərə nə qədər pul ödədiyini bilirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru