Türkiyədə dəhşətli anlar: Təyyarə dənizə düşəcəkdi... - Video

14-01-2018, 22:39           
Türkiyədə dəhşətli anlar: Təyyarə dənizə düşəcəkdi... - Video

“Boinq 737-800” sərnişin təyyarəsi Türkiyənin Trabzon şəhərində hava limanına eniş etdikdən sonra uçuş zolağından çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Huriyyət” qəzeti məlumat yayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 162 sərnişin və ekipaj heyəti olub.

Təyyarədəkilərin hamısı uğurla evakuasiya olunub.

Hadisənin baş verdiyi ərazidən lentə alınan videoda aydın görünür ki, qəzaya uğrayan təyyarə dənizlə uçuş zolağı arasındakı torpaq ərazidə qalıb.

İnsidentdən sonra Trabzon aeroportunun fəaliyyəti dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.
[media=https://www.youtube.com/watch?v=oBHnxhpD85w]














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru