Ərdoğan: “Bir gecə qəfil Afrinə girə bilərik” - ABŞ-a cavab

14-01-2018, 23:54           

Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan ABŞ-ın PYD üzvlərindən ibarət 30 minlik sərhəd ordusu yaratmaq qırarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan açıqlamasında bir gecə qəfil Suriyanın Afrin şəhərinə girə biləcəklərini qeyd edib.

"Fırat Qalxanı Hərəkatında da bir gecə qəfil girə biləcəyimizi bildirmişdik. İndi də Afrinlə bağlı eyni şeyi söyləyirik. Bir gecə qəfil girə bilərik", deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil əsasən PYD üzvlərindən təşkil olunacaq Suriya Demokratik Qüvvələrinə aid 30 minlik sərhəd xidməti yaradacaqlarını bəyan edib. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru