Türk ordusu hazırdır: Haubitsalar Rasulaynı vura bilər

15-01-2018, 10:12           
Türk ordusu hazırdır: Haubitsalar Rasulaynı vura bilər
Suriyanın Afrin şəhərindəki PYD mövqelərini atəşə tutan türk ordusu artıq Rasulayn mahalını hədəfə alıb.

Axar.az xəbər verir ki, Türkiyənin Ceyranpınar mahalında qərar tutan ordu, top və haubitsların lüləsini qarşıdakı Rasulayn mahalına doğru çevirərək, atəş vəziyyəti alıb. Bundan başqa, türk əsgəri bölgədə zirehli texnikalarla manevrlər edərək, vəziyyəti nəzarət altında saxlayır.

Xüsusən ABŞ-ın Türkiyə sərhədinə YPG-çilərdən ibarət 30 minlik ordu yerləşdirmək istəməsi xəbəri rəsmi Ankaranı hərəkətə keçirib.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki YPG mövqelərinə artilleriya zərbələri endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru