Türkiyədə qəzaya uğramış təyyarənin pilotu danışdı

15-01-2018, 11:56           

Türkiyənin Trabzon aeroportunda eniş zolağından çıxan təyyarənin pilotu dindirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, hadisəni belə təsvir edib:

“Normal eniş etdik. Zolağın sonuna gələndə sağ tərəfə manevr vardı. O manevri etdiyim zaman təyyarənin sağ mühərriki işə düşdü, bu səbəbdən layner sola doğru getməyə başladı”.

Qeyd edək ki, hadisə zamanı təyyarədə olan 164 nəfərin heç biri xəsarət almayıb. Təyyarə son anda dənizə düşməkdən xilas olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru