TÜRKİYƏ SURİYA SƏRHƏDİNƏ ƏLAVƏ TANKLAR YERLƏŞDİRDİ

16-01-2018, 22:19           

Türkiyə Suriya sərhədinə əlavə 10 tank cəlb edib. APA-nın "Haber Turk”ə istinadən verdiyi xəbərə görə, tanklar Ankaradan göndərilib. Məlumata görə, gün ərzində daha bir neçə döyüş maşının göndəriləcəyi bildirilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bundan əvvəl həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyat keçirə biləcəyini bəyan edib.
R.T. Ərdoğan daha sonra ABŞ-ın Suriyanın şimalında "sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planının Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru