Adnan Oktar kediciklərə altı ay yaxınlaşmayacaq - CİNAYƏT İŞİ - FOTO/VİDEO

19-01-2018, 09:20           

Qızlarını 7 ildən sonra türkiyəli din xadimi Adnan Oktarın (Harun Yəhya) verilişində görən və Avstryadan Türkiyəyə gələrək polisə şikayət edən Elvan Koçakın müraciəti üzrə Anadolu Baş Prokurorluğunda araşdırma aparılır.

Publika.az xəbər verir ki, prokurorluğun tələbi üzrə E.Koçakın yetkinlik yaşına çatmayan qızları B.K və M.K-nın 6 ay anasından və Adnan Oktardan kənar saxlanılacaq.

Prokuroruq qızların anası Gülpəri K. və Adnan Oktar haqqında "şəxsin azadlığının məhdudlaşdırılması" üzrə cinayət işi açıb.

Qeyd edək ki, E.Koçak polisə müraciətində bildirib ki, əkiz qızı B.K və M.Koçak 17 yaşlarındadırlar. Adnan Oktar yetkinlik yaşına çatmayan qızları televiziyaya çıxararaq şou göstərir.

E.Koçak həyat yoldaşından 7 il öncə ayrılıb. Ailəsi Vyanadan Türkiyəyə gəlib. Qızlarının Adnan Oktarın verilişinə çıxdığını ona Vyanada yaşayan qohumları bildirib.

E.Koçak qeyd edib ki, övladları Vyanada yaxşı təhsil alıblar. Amma Türkiyəyə gələndən sonra davamlı təhsil ala bilməyiblər və Adnan Oktarın təsiri altına düşüblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru