Fətullah Gülənin qardaşı oğlu həbs olundu

19-01-2018, 12:52           
Fətullah Gülənin qardaşı oğlu həbs olundu
Türkiyədə "FETÖ" şəbəkəsinin lideri sayılan Fətullah Gülənin qardaşı oğlu Tavus bin Keysan Gülən həbs olunub. FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Gülənin qardaşı oğlu Sakarya Respublika Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində İstanbulda saxlanılan Gülənin qardaşı oğlu silahlı terror təşkilatı qurmaq və onu idarə etməkdə təqsirli bilinib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi sonuncu hərbi çevrilişin təşkilatçısı sayılan Fətullah Gülənin yaxın tərəfdarlarını təqib edir. Ölkədə 2016-cı ilin 15 iyulunda baş verən dövlət çevrilişinə cəhddən bu yana davam edən əməliyyatlarda 161 min 751 nəfər istintaqa cəlb olunub. Hərbi çevrilişə cəhd edən və bu prosesə dəstək olan 50 min 344 nəfər həbs edilib. Həbs olunanlardan 31 min 498-i məmur, qalanları isə sadə vətəndaşlar olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.