Suriya-Türkiyə sərhədində şiddətli atışma — 4 türk hərbçi şəhid oldu

20-01-2018, 22:52           
Suriya-Türkiyə sərhədində şiddətli atışma — 4 türk hərbçi şəhid oldu
Suriya-Türkiyə sərhədi yaxınlığında şiddətli döyüşlər başlayıb.
teref.az xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb. Bildirilir ki, kürd terrorçuları ilə Türkiyə hərbçiləri arasında şiddətli atışma olub. Silahlı insident zamanı 4 türk əsgəri şəhid olub.

Hadisə Türkiyə hərbçilərinin bölgəyə daxil olmaq istədikləri vaxt baş verib. Suriyanın Afrin bölgəsində yaranmış gərginlik zamanı hələlik üçüncü dövlətin hərbçiləri müdaxilə etməyiblər. Lakin əraziyə Suriya qoşunlarının da gətirildiyi barədə məlumatlar daxil olub. (Olke.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru