ASO geri çəkildi - İlk məğlubiyyət VİDEO

23-01-2018, 09:12           

Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Afrinin şərqindəki Aziz bölgəsindən irəliləyərək ələ keçirilən strateji əhəmiyyətli Burseya dağından geri çəkilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, dağın ətəyində silahlı qarşıdurmanın davam etdiyi bildirilir. Günorta saatlarında TSK və Azad Suriya Ordusu Afrinin şərqindəki Aziz bölgəsindən Burseya dağına yönəlik əməliyyat zamanı ərazini PYD/PKK-dan almağı bacarmışdı. Terror təşkilatı Burseya dağındakı mövqelərindən həm Kilis şəhərinin mərkəzini, həm də müxalifətçilərin nəzarətindəki Aziz bölgəsindəki mülki şəxsləri top və mərmilərlə atəşə məruz qoyurdu.

Xatırladaq ki, Türkiyə Baş Qərargahının Afrin bölgəsində başladığı “Zeytun budağı” əməliyyatının üçüncü günündə 14 strateji mövqe, o cümlədən Şeyx Badi, Marso və Haftar kəndləri terrorçulardan xilas edilib.
[media=https://www.youtube.com/watch?v=aots4sLNwRk]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.