Generallar Ərdoğana məruzə etdi - FOTO

23-01-2018, 12:10           
Generallar Ərdoğana məruzə etdi - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan video-konfrans vasitəsilə “Zeytun budağı” əməliyyatı barədə məlumatlandırılıb.

Axar.az xəbər verir ki, video-konfrans Beştəpədə yerləşən Prezident Sarayının İnformasiya Koordinasiyası Mərkəzində baş tutub.

Məlumata görə, Ərdoğan əvvəlcə əməliyyatda iştirak edən 2-ci ordunun Hatayda yerləşən əməliyyat mərkəzinə qoşularaq ordu komandanı general İsmayıl Mətin Temeldən “Zeytun budağı” ilə bağlı son informasiyaları dinləyib. Bundan sonra Türkiyə prezidenti Silahlı Qüvvələrin Baş Qərargahı və Quru Qoşunları Komandanlığında növbədə olan generallarla danışıb. Hərbi komandanlığa əməliyyat zamanı uğurlar arzuladıqdan sonra Ərdoğan Hatay, Kilis, Şanlıurfa, Qaziantep valilərindən regiondakı son vəziyyət barədə məlumat alıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru